AZ

Android 15-lə gələcək yeni xüsusiyyət ELAN EDİLDİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Android 15 ilə gələcək yeni xüsusiyyət sayəsində telefonların yaddaş sağlamlığını yoxlamaq mümkün olacaq.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, \"Google” son həftələrdə Pixel telefonları üçün Android 15 tərtibatçı önizləmə versiyasını buraxıb.

Yeni yeniləmə bir müddət \"Google” modelləri üçün mövcud olduqdan sonra digər smartfon istehsalçılarına da çatmağa başlayacaq.

Belə ki, yaddaş sağlamlığı xüsusiyyəti Android 15 ilə gəlir.

Android 15 faylındakı məlumata görə, telefonlar artıq yaddaş çipinizin sağlamlığını faiz olaraq sizə göstərə biləcək.

Bu yolla istifadəçilər batareyanın sağlamlığı kimi yaddaşın sağlamlığını öyrənə biləcəklər.

Ayşən
Seçilən
110
36
Mənbələr
Şərh ()
Bağla