AZ

Adiyyatı qurumlar kibertəhlükəziliklə bağlı sosial çarxlar hazırlamalıdır - Millət vəkili

Kibertəhlükəsizliklə bağlı aiddiyatı qurumlar sosial çarxlar hazırlamalıdır ki, vətəndaşlar bu kateqoriyadan olan şəxslərin qurbanına çevrilməsin. Bunu deputat Naqif Həmzəyev deyib.
 
"İnsanalra bank adı ilə zənglər gəlir. Bəzi hallarda onlar qorxudulur və dəstək üçün bank kartları istənilir. Azərbaycan müvafiq qurumları işlər görsə də problemlər qalır. Sosial çarxların hazırlanmasına ehtiyac var. Buna sosial hesabı olan hər bir kəs maraqlı olamalıdır. Müvafiq qurumları sosial çarxlar hazırlamağa çağırıram", - deputat aprelin 23-də Milli Məclisdə çıxışında bildirib. 
 
Hazırda kibertəhlükəsizliklə bağlı televiziya məkanlarında Daxili İşlər Nazirliyinin sosial çarxları yayımlanır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
83
32
Mənbələr
Şərh ()
Bağla