AZ

Fiziki qüsurlu şəxslər üçün yollarda rahat hərəkət yaradılmalıdır - Deputat

Fiziki qüsurlu şəxslər üçün yollarda rahat gəzməsi üçün daha geniş imkanlar yaratmalıdır. Bunu deputat Cəbi Quliyev deyib.
 
"Fiziki qüsurlu olan şəxsləri yollarda görmək mümkün deyil. Çünki onların rahat hərəkət etəsi üçün geniş imkanlar yoxdur. Hərəkət edən şəxslər də qorxa-qorxa hərəkət edir. Bu da həmin kateqoriyadan olan şəxslər arasında narazılıq yaradır", - deputat aprelin 22-də Milli Məclisdə çıxışında bildirib. 
 
Deputat təklif edib ki, Bakının baş planı hazırlananda mütləq bu məsələyə diqqət ayrılmalıdır.  
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
72
32
Mənbələr
Şərh ()
Bağla