AZ

Saxta yunan adaları yaradıldı

Yunanıstanın ən məşhur turizm adalarından biri olan Santorininin Çində surəti hazırlanıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yunnan əyalətində yerləşən saxta Santorini 3700 hektar ərazidə yerləşir. Çindəki ada Santorininin ağ rəngli evlərinin, daş küçələrinin və mavi pəncərələrinin tam surətidir. Çindəki tətil mərkəzinin adı “Dali”dir. Orijinal adadan 7 min kilometr uzaqlıqda yerləşir. Çində Paris, Florensiya, London, Amsterdam, Venesiya kimi dünyaca məşhur turizm mərkəzlərinin surətləri də var. Əfsanə Rəcəb Manşet.az  

 

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla