AZ

Sabirabad RMX-nın Laboratoriya şöbəsi əsaslı təmir olunaraq yenilənib 

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Laboratoriya şöbəsi beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilib və yeni avadanlıqlarla təchiz olunub.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, şöbədə Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyət göstərir. Laboratoriyaların fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, “Sysmex XN550”, “CUB TOUCH”, “Sysmex CA 600”, “Cobas e 411”, “Cobas c 500”, “Cobas e 600” tam avtomat cihazlarla və s. ilə təchiz olunub.
 
Qeyd edək ki, pasiyentlər tamamilə elektronlaşdırılmış analizlərinin nəticələrini tibb müəssisəsinə gəlməklə, həmçinin müəssisəyə gəlmədən “e-tabib” tətbiqi vasitəsilə və onlayn şəkildə ( https://lab.tabib.gov.az/ ) əldə edə bilərlər.
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla