İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşır.
Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani aprelin 23-də jurnalistlərin Ermənistanın Azərbaycana aid kəndlərdən 4-nün geri qaytarılması ilə bağlı sualına cavabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyünə qarşılıqlı hörmət çərçivəsində sülh yolu ilə sərhəd məsələlərinin həlli istiqamətində səylərini davam etdirməsi, davamlı sülh və sabitliyin Cənubi Qafqazda bərqərar olması üçün zəruridir.