AZ

“Tik-Tok” - sosial platforma, yoxsa “rəqəmsal dilənçilik”...  

Azərbaycan “Tik-Toker”ləri dövlətə hansı vergini ödəyir?

Bir çox ölkələrdə ciddi və maraq doğuran mövzuların təqdim edildiyi, informasiya, təhlil, məlumat, əyləncə, şou və digər media məhsullarının təşviqatı üçün hədsiz dərəcədə geniş sosial platforma kimi qəbul edilən “Tik-Tok” Azərbaycanda cəmiyyətin isə daha çox qeyri-etik və insanların mənəviyyatını zədələyən seqment kimi tanınır. Ölkəmizdə bu platformanın istifadəçiləri üçün baçlıca meyar cəmiyyətə hansısa nümunəvi və tərbiyəvi materiallar hazırlamaq və yayımlamaq deyil, ancaq şəxsi qazanclarını təmin etmək, asan yolla varlanmaq üçün geniş auditoriyanı cəlb edərək onların pullarını cəlb etməkdən ibarətdir. Bunun üçün bütün etik kodekslər, milli dəyərlər ayaq altına alınır, yayım açan şəxs milyonlarla izləyicinin qarşısında əxlaqsızlıq şousu nümayiş etdirir. 

Əslində “rəqəmsal dilənçiliyin”  müasir forması olan “Tik-Toker”lik çoxlarınını zənn etmədiyi qədər kiçik bazar deyil. Bu sosial okeanda milyonalral pullar dövr edir və ay ərzində bu seqmentdə xərclənən və qazanılan pulların məbləği bir neçə milyon dollarla ölçülür. “Dünya rəqəmsal -2023” hesabatına əsasən, “Tik-Tok”un reklam bazarı iştirakşılarının sayı 900 milyona çatıb və şirkətin reklamdan gəlirləri 2021-ci ildəki 4 milyard dollardan 2023-cü ildə 14 milyard dollara çatıbdır. Sözsüz ki, bu qədər nəhəng sosial bazarın iştirakçılarının gəlirləri, dövlətin əldə etdiyi vergilərin həcmi də az deyil. Asiya regionu ölkələrində “Tik-Tok” istifadəçilərinin cəmi illik gəlirinin 2-2,5 milyard dollar, dövlətə ödəlinən vergilərin məbləğinin isə 400 milyon dollara yaxın olduğu bildirilir. 

Azərbaycan üçün ən yaxın təcrübəni Türkiyənin timsalında qeyd etmək mümkündür, qardaş ölkədə bir neçə il əvvələ qədər bu sahənin vergiyə cəlb edilməsi çətin olsa da, 2020-ci ildən sonrakı dövrdə vergitutma məsələləri demək olar ki, nizama salınıb. Məsələn, qeyd edilən platformanın Türkiyə ofisi hökümətə 2021-ci ildə qazanılmış 80 milyon dollardan 12 milyon dolara yaxın vergi ödənilməsini təmin edə bilib. Azərbaycanda isə bu sahədə vergidən yayınma hədsiz dərəcədə geniş yayılıb. “ Tik-Tok”dan pul qazananların demək olar ki, 99 faizi vergi vermir.

Tik-Tok” istifadəçiləri pulu necə qazanırlar və onların gəlirlərindən vergi necə hesablanmalıdır?

Qeyd edilən sosial platformada yayım açanlara izləyicilər müxtəlif məzmunlu çıxış və mətnlərə görə, jeton alaraq hədiyyə ödəyir. Hədiyyələr nominal pulu ifadə edir. Belə ki, ən kiçik hədiyyə olan gülün qiyməti 0,1 qəpik, ən böyük hədiyyə olan “universe”nin qiyməti 350 dollardır. Yaxud, “coin” adlı virtual valyutalarla istifadəçilər tərəfindən pul ödənişi həyata keçirilir. 100 “coin” 1.29 dollar (2 manat) dəyərindədir. Həmin “coin”lər isə paltforma tərəfindən nağd pula çevrilir. Beləlilklə, hədiyyə və “coin”lərin maddi nominal ifadəsi pul şəklində “Tik-Toker”ə çatır və kart hesabına yüklənir. Platformanın sahibi olan şirkət ümumi vəsaitin 70 faizini özünə götürdükdən sonra qalan pulları (30 faiz) onun pul kisəsinə “oturdur”. 

Azərbaycanda aktiv “Tik-Tok” yayımçılarının sayının təxminən 2000 nəfərə yaxın olduğu bildirilir. Bir nəfərin aylıq qazancı orta hesabla 7-10 min manat təşkil edir. Həmin məbləği bir həftəyə qazananlar da var. Bir ay ərzində cəmi gəlirlərin məbləği 20 milyon manatdan çox edir. Bu hesabla “Tik-Tok”dan ödənilməli olan aylıq verginin məbləği 3-4 milyona manata yaxın olmalıdır. Reallıq budur ki, büdcəyə bu istiqamət üzrə vergi yığımı təmin edilmir.

Qanunlar nə deyir?

Sosial şəbəkələrdə, o cümlədən, “Tik-Tok” seqmentində vergi məsələləri Vergi Məcəlləsinin 125-ci (“Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması” və 169-cu (“Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi”) maddəsinə uyğun olaraq tənzimlənir.  Məcəllənin həmin maddələrinə əsasən,  “Tik-Tok”da reklam, alış-verişlər, müxtəlif xidmətlər, o cümlədən yayım açaraq gəlir əldə edən şəxslər vergi uçotunda qeydiyyata alınmalı, VÖEN hesabı açmalı və qanunla müəyyən edilmiş bütün vergiləri ödəməyə borcludurlar. Bu halda onların vergi öhdəliyi əməliyyatlar nağdsız qaydada aparıldığına görə, 10 faiz vergi təşkil edir. Həmin şəxslər eyni zamanda, vergi öhdəliyini rəsmi şəkildə bəyan etmək üçün əməliyyatın aparıldığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi bəyannaməsi vergi orqanına təqdim etməlidir. 

Əgər sosial paltformalarda bu əməliyyatları aparan fiziki şəxslərin vergi orqanında qeydiyyatı yoxdursa, onda bu halda nağd qaydada ödəniş edilən kartın sahibi, yəni əməliyyatları həyata keçirən müvəkkil Bank tərəfindən 18 faiz ƏDV tutularaq büdcəyə ödənilməlidir. 

Hansı cəzalar nəzərdə tutulub?

Qanunvericiliyə əsasən, qeuyd edilən sosial platformada vergi qeydiyyatına alınmayana və vergidən yayınan şəxslər barəsində maliyyə sanksiyası və inzibati cərimə tətbiq edilir. Vergi Məcəlləsinin 57-59-cu maddələrinə əsasən, müəyyən edilmiş müddətdə vergiləri ödəməyən şəxslər barəsində maliyyə sanksiyası, cari vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 

Bütün bunlar onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən sosial media platformalarının vergi və digər istiqamətlər üzrə tənzimlənməsinə ehtiyac vardır. 

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24059
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13428
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11104
Helikopter qəzası ilə bağlı yeni xəbər
7114
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5743
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5554
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5143
Rəisi öldü, Pakistanda matəm elan edildi
4995
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3931
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3756
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3650
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3517
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3082
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3080
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2772
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2543