AZ

Masallıda 5 kq narkotikin satışına görə 2 nəfər tutuldu (FOTO)

Bakı. Trend:

Masallıda narkotiklərin satışında şübhəli bilinən şəxslərsaxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, MasallıRayon Polis Şöbəsinin rayon ərazisində narkotiklərin qanunsuzdövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı Oruc Hacıyevsaxlanılıb.

Ondan satış üçün hazır bükümlərdə qablaşıdırılmış heroinaşkarlanıb. O.Hacıyevin narkotik vasitəni həmyerlisi AmidNəzərlidən aldığı müəyyən edilib. Tədbirlərin davamı olaraqA.Nəzərli də saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 5kiloqramdan artıq metamfetamin, heroin və marixuana aşkarlanıb.

Araşdırmalarla A.Nəzərlinin həmin narkotik vasitə və psixotropmaddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satışməqsədilə əldə etdiyi müəyyən edilib.

Araşdırmalar aparılır.

Masallıda
Seçilən
30
11
Mənbələr
Şərh ()
Bağla