Bakı. Trend:
“Real Madrid” futbol üzrə İspaniya çempionatının 32-ci turuçərçivəsində evdə “Barselona”nı 3:2 hesabı ilə məğlub edib.
Trend-inməlumatına görə, görüş Madriddəki "Santiaqo Bernabeu" stadionundakeçirilib.
"Real"ın heyətində qolları Vinisius (18-ci dəqiqə, penalti),Lukas Vaskes (73) və Jud Bellinqem (90+1) vurublar. "Barselona"ınheyətində Andreas Kristensen (6) və Fermin Lopez (69)fərqləniblər.
İspaniya çempionatının turnir cədvəlinə 81 xalla "Real" başçılıqedir. “Barselona” 70 xalla ikinci yerdədir.