AZ

Ançelotti Arda ilə bağlı vədinə əməl etmədi

“Real Madrid”in La Liqa çempionluğunu elan etməsindən sonra Arda Gülerin daha çox oyun keçirəcəyi irəli sürülmüşdü.

Metbuat.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti Ardanı yenidən ehtiyatda saxlamağa qərar verib. “Mundo Deportivo”nun xəbərinə görə, Ançelotti “Real”ın "Alaves"i qəbul edəcəyi matçda Ardanı ehtiyatda saxlayacaq. O, əvəzində isə Dani Karvaxal, Toni Kroos, Fede Valverde, Vinisius, Rodriqo və "Qranada" ilə qarşılaşmada ehtiyat oyunçular skamyasında əyləşən Jude Bellinqhem kimi futbolçulara ilk 11-də şans verəcək. Son həftələrdə yüksələn performansları ilə diqqət çəkən Brahim Diaz və Arda Güler kimi futbolçular bu matça ehtiyat oyunçular skamyasında olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
50
metbuat.az

10Mənbələr