Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensislə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Trinidad və Tobaqonun BMT yanındakı daimi nümayəndəsi sosial şəbəkədə bildirib.
“Azərbaycanın ilk dəfə keçirilən BMT-nin Dayanıqlılıq Həftəsində və xüsusilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində DİM-lərə (Dayanıqlı İnkişaf Məqsədləri – red.) verdiyi töhfəni yüksək qiymətləndirirəm. Azərbaycanın “yaşıl enerji”yə keçidi sürətləndirmək səylərini və COP29 zamanı enerji keçidini təşviq etmək öhdəliyini alqışlayıram”, – o yazıb.
Pleasure meeting with H.E. Mr. Parviz Shakhbazov @ParvizShahbazov Minister of Energy of the Republic of Azerbaijan.
— UN GA President (@UN_PGA) April 20, 2024
Commend Azerbaijan’s contribution to the first ever #UNGASustainabilityWeek and towards the SDGs in particular enhancing energy security of Europe
Welcome… pic.twitter.com/jOMAnZWxwb