Naxçıvan, 20 aprel, AZƏRTAC
Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev su anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.
Naxçıvan Muxtar Respublikası “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Babək rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən su anbarı təmizlənib.
Ekoloji təmizliyin qorunması, sututarların mühafizə olunması ASC tərəfindən diqqətdə saxlanılır.