AZ

ABŞ onları daha iki il izləyəcək - QANUN

ABŞ Senatı terrorizmdə şübhəli bilinən xarici ölkə vətəndaşlarının telefon danışıqlarının dinlənilməsi və elektron yazışmalarının oxunması proqramının uzadılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

Publika.az-ın məlumatına görə, ABŞ-ın xarici kəşfiyyata nəzarət qanununun 702-ci maddəsinin uzadılmasını nəzərdə tutan layihə Konqresin yuxarı palatasında lazım olan 60 səsi toplayıb. Sənəd imzalanması üçün Prezident Cozef Baydenə göndəriləcək. Beləliklə, fəaliyyət müddəti aprelin 20-də başa çatan proqram 2026-cı ilədək uzadılacaq.

Qeyd edək ki, xarici kəşfiyyata nəzarət aktına 2008-ci ildə edilən düzəliş kəşfiyyat orqanlarına məhkəmənin icazəsi olmadan ABŞ-dan kənarda yaşayan, lakin Amerika peyk kanallarından, rabitə mərkəzlərindən və ya internet serverlərindən istifadə edən xarici vətəndaşların telefon danışıqlarını dinləmək və elektron yazışmaları oxumaq hüququ verir.

Seçilən
144
4
publika.az

5Mənbələr