AZ

Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Ceyhun
Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə 1news.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlət arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişafından məmnunluq ifadə ediblər. Hazırda siyasi, iqtisadi, ticarət və digər istiqamətlərdə münasibətlərin inkişafı üzrə əhəmiyyətli addımlar atıldığı vurğulanıb. Məlumata görə, C.Bayramov eyni zamanda regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında əlaqələrin inkişafının, 3+3 kimi regional formatların səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib. Səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini qeyd edib, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb. Görüş zamanı, tərəflər arasında qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23315
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12796
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9277
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5465
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3994
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3642
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3578
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3378
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3269
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2988
Helikopter qəzası ilə bağlı yeni xəbər
2834
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2721
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2594
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2482
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263