Bakı. Trend:
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda finalmərhələsinə yüksələn Azərbaycanın 5 halqa ilə qrup hərəkətlərikomandasının bütün rəqibləri bəlli olub.
Trend İdman.biz-əistinadən xəbər verir ki, təmsilçimiz kimi İtaliya, İspaniya,Bolqarıstan, Çin, Ukrayna, Yaponiya və Meksika da “səkkizliy”əyüksəlib.
Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, YelizavetaLuzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamızfinal mərhələsinə 3-cü yerin sahibi kimi vəsiqə əldə edib.Gimnastlarımız bu gün üç lent və iki topla da çıxış edəcəklər.