AZ

Azərbaycan beynəlxalq qüvvələrin danışıqlara qərəzli müdaxilələrini neytrallaşdırmağı bacardı - Sevil Mikayılova

Bakı. Trend:

Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanınnəzarəti altında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı, birgüllə atılmadan növbəti tarixi qələbə qazanıldı.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı SevilMikayılova deyib.

S.Mikayılova qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakıvasitəçisiz birbaşa diplomatik təmaslar müsbət nəticə verdi:

"Azərbaycan tərəfi əvvəldən birbaşa təmasların ən effektivvasitə olduğunu bildirmişdi. 2024-cü il aprelin 19-da iki ölkəninyenə də heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrəişçi qrup səviyyəsində qəbul etdikləri bəyanat Azərbaycandiplomatiyasının uğurudur.

Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətnəticəsində 90-cı illərin əvvəllərindən Ermənistanın işğalı altındaolan Qazaxın 4 kəndi bir güllə də atılmadan, qan tökülmədənAzərbaycana qaytarıldı.

Prezident İlham Əliyev 2020-ci ildə sərhədyanı kəndlərimizingeri qaytarılması məsələsini qaldırdı və bu istiqamətdə daimintensiv iş aparılırdı. Bu gün qətiyyət və əzmkarlıqla aparılanişin, bəhs edilən prosesin məntiqi sonunu görürük.

2020-ci ildə bir güllə belə atılmadan Ağdam, Kəlbəcər və Laçınrayonları işğaldan azad edilmişdi, eləcə də, əvvəllər Ermənistanınişğalı altında olan Qazax rayonunun anklav olmayan kəndləri eyniformada azad edildi. Delimitasiya prosesinin ilk addımı atıldı vəməhz Qazax istiqamətindən bu məsələyə başlanılması təsadüfixarakter daşımırdı", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova vurğulayıb ki, ABŞ və Fransa kimi neoimperialistqüvvələrin müdaxiləsi olmasa, ciddi nəticələr mümkündür.

"Ötən dövr ərzində Azərbaycan beynəlxalq qüvvələrin danışıqlaraqərəzli müdaxilələrini neytrallaşdırmağı bacardı. Prosesləringedişatı onu göstərdi ki, tərəflər vasitəçi olmadan sülhün əldəedilməsi istiqamətində ciddi nəticələrə imza ata bilərlər.Ermənistan sivil qaydada davranarsa, öz maraqlarından çıxış edərsəvə başqalarının əlində alət olmazsa, regionda davamlı sülh tamşəkildə təmin oluna bilər".

Deputat bildirib ki, uzun müddətdir Qərbin tirajladığı müharibəaçıqlamaları da cəfəngiyyatdır:

"Bu yolla həmin qüvvələr, əslində, Ermənistanı qorxu altındasaxlayaraq, tam şəkildə öz iradəsinə tabe etdirmək siyasətigüdürdülər.

Prezident İlham Əliyev öz iradəsini ortaya qoyaraq, Azərbaycanıntaleyi ilə bağlı qurulan bütün ssenariləri alt-üst etdi. Bu günbütün beynəlxalq güclər Azərbaycanla hesablaşmağa məcburdur.Azərbaycan Cənubi Qafqazın güclü və lider dövlətidir. Azərbaycanıniradəsindən kənar regionda hər hansı planın həyata keçirilməsiqeyri-mümkündür”.

Seçilən
49
50
Mənbələr
Şərh ()
Bağla