AZ

Aksiz markası olmayan 2377 qutu siqaret aşkarlanıb - FOTO

Aksız markasız siqaretlər aşkar olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən APA-ya verilən xəbərə görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikasının aksız markası ilə markalanmalı olan lakin belə marka ilə markalanmamış, ümumilikdə 2377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.

Hüquqpozmaya yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün fakt üzrə araşdırma aparılır.

Seçilən
77
3
Mənbələr
Şərh ()
Bağla