AZ

“Real”ı tərk edirəm” dedi, “İnter” hərəkətə keçdi

“İnter” “Real”ın 34 yaşlı mərkəz müdafiəçisi Naço Fernandesə marağını artırıb.

Publika.az mətbuatda yayılan son xəbərlərə istinadən bildirir ki, Naço “Real” rəhbərliyinə bildirib ki, mövsümün sonunda klubdan ayrılacaq.

Bu xəbərlərin fonunda “İnter” müdafiəçiyə marağını artırıb.

Mənbənin sözlərinə görə, müdafiəçi karyerasını davam etdirmək üçün bütün variantları, o cümlədən Avropanı tərk etməklə bağlı variantları nəzərdən keçirmək istədiyindən Naço ilə müqavilə imzalamaq “İnter” üçün asan olmayacaq.

Naço “Real”ın yetirməsidir. O, “kral klubu”nun heyətində bütün turnirlərdə 355 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib. Mərkəz müdafiəçisi bu mövsüm bütün yarışlarda 36 oyun keçirib və qol vurmayıb.

Seçilən
151
22
Mənbələr
Şərh ()
Bağla