AZ

“Real” Naçonu onunla əvəzləmək istəyir

“Real” mövsümün sonunda komandanı tərk edəcək Naço Fernandesin yerinə yeni müdafiəçi alacaq.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” Naçonun mümkün gedişini əvvəlcədən görüb, ona görə də, onlar artıq “Lill”in müdafiəçisi Leni Yoro üçün hərəkətə keçiblər.



“Real” 18 yaşlı oyunçu üçün PSJ ilə mübarizə aparmalı olacaq. Lakin fransalı futbolçu özü La Liqada oynamaq istəyir.



Naço “Real”ın yetirməsidir. O, bu komandayla 355 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçu bu mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib və qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərNaço Fernandes real

Seçilən
154
22
Mənbələr
Şərh ()
Bağla