AZ

Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib.

Bu barədə teatrın sosial şəbəkə hesabında məlumat verilib.

“Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla dolsun!” - deyə teatrın kollektivi sənətkarın yaxınlarına dərin hüznlə başsağlığı verib.
Yuri Omelçenko 1976-cı il martın 7-də Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bakı Bələdiyyə Teatrında və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

1997-ci ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalşıb. O, teatr səhnəsində “Torqovayada goruşərik”, “Qurdlar və qoyunlar”, “Alim-botanik Müsyö Jordan və məşhur sehrbaz dərviş Məstəlişahın nağılı”, “Yeddi gözəl” Gözəllər”, “Qürur və qərəz”, “Maskarad”, “Şəhərzadənin daha bir gecəsi”, “Karamazov qardaşları”, “Və bir qadın gəldi...”, “Əli və Nino”, “Evlilik”, “Sənətkarın taleyi”, “Korol Benya və başqaları”, “Albalı bağı” və s. kimi tamaşalarda rol alıb.

Seçilən
12
7
Mənbələr
Şərh ()
Bağla