AZ

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə teatrın sosial şəbəkə səhifəsi məlumat yayıb.

“Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla dolsun!” - deyə paylaşımda bildirilib.

Yuri Omelçenko 1976-cı il martın 7-də Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bakı Bələdiyyə Teatrında və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

1997-ci ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalşıb. O, teatr səhnəsində müxtəlif rollar oynayıb.

Allah rəhmət eləsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
7
modern.az

10Mənbələr