AZ

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub - FOTO

Bakı Sağlamlıq Mərkəzində ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev tərəfindən icra olunan “Təkrar qalxan aorta disseksiyası” əməliyyatı barədə məqalə ABŞ-ın “American Journal of Case reports” jurnalında dərc edilib.

Əməliyyat üç il əvvəl keçirilən “Aorta-koronar şuntlama” əməliyyatından sonra qalxan aorta disseksiyası diaqnozu ilə təcili əməliyyat üçün müraciət edən xəstə üzərində icra olunub.

Təkrar icra olunan əməliyyatların hər zaman riski birinci əməliyyata nisbətdə daha yüksəkdir. Ölüm riski ən yüksək olan disseksiya əməliyyatının təkrar - əməliyyat olaraq icrası və bununla yanaşı bağlanan tac damarlara yenidən şuntların qoyulması əməliyyat riskini və ondan sonrakı ağırlaşmaları qat-qat artırır. Dünya ədəbiyyatında bu tip əməliyyatların icrası ilə əlaqədar dəqiq texnika yoxdur.

Ona görə, bütün məsuliyyət və planlama cərrah və komandasının üzərinə düşür. Həmin riskli əməliyyatını ürək-damar cərrahı Vüsal Hacıyev müvəffəqiyyətlə icra edib. Uğurla həyata keçirilən əməliyyatdan sonra xəstənin ürəyində olan problem aradan qaldırılıb və doqquzuncu günün sonunda xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev 2001-ci ildə dövlət proqramı çərçivəsində Çex Respublikasına tibb təhsili almaq üçün göndərilib. Tibb təhsilini bitirdikdən sonra 2022-ci ilədək Almaniyanın Berlin Ürək mərkəzi və digər aparıcı klinikalarında işləyib.

Eyni zamanda, Berlində “Charite” tibb universitetində doktorantura təhsilini uğurla bitirib və tibb elmləri üzrə fəlsəfə doktoru adına layiq görülüb. V.Hacıyevin elmi işləri ABŞ və Avropanın müxtəlif konqresləri, konfransları və dəyirmi masalarında təqdim olunub, azərbaycanlı alimin məqalələrini aparıcı jurnallar dərc edib.

Sözügedən məqalə ilə buradan tanış ola bilərsiniz. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44404
Abdullahianın cəsədi tapıldı - FOTO
32899
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27338
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24781
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20168
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17848
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11779
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8170
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8130
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6976
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6941
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5378
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5007
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965