AZ

Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH

Bakı. Trend:

Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyasıvə sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizincigörüşü keçirilib. Görüşdə delimitasiya prosesinin ilkinmərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovetİttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqicəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraqBağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara(AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı(AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsinirazılaşdırıblar.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatıSevinc Hüseynova bildirib ki, bir güllə atılmadan,qan tökülmədən Qazax rayonunun işğal altında olan dörd kəndi geriqaytarıldı.

"Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqınanövbəti hədiyyəsidir. Təbii ki, bu onu göstərir ki, delimitasiyaprosesinin ilk addımı atıldı və məhz Qazax istiqamətindən bu məsələbaşlayıb. Azərbaycan delimitasiya prosesinin bu istiqamətdəbaşlamasına israr edirdi. Prezident İlham Əliyev hələ 2020-ci ildəsərhədyanı kəndlərimizin geri qaytarılması məsələsini qaldırmışdı.Bu istiqamətdə daim intensiv iş aparılırdı və bu gün bu prosesinməntiqi sonluğunun şahidi olduq.

Ölkə Prezidenti hələ 2020-ci ildə Vətən müharibəsində əldəolunan zəfərdən sonra üç rayonun bir güllə atılmadan Azərbaycanaqaytarılmasını təmin etmişdi. Bu, onu göstərir ki, Prezident İlhamƏliyev məsələnin sülh yolu ilə həll edilməsinə üstünlük verir.2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağda suverenliyininyekun bərpası, Rusiya sülhməramlı kontingentinin Azərbaycanərazilərini tərk etməsi və indi də 4 kəndin qan tökülmədən geriqaytarılması qeyd edəcəyimiz qələbələr silsiləsindən növbətiqələbədir. Bu gözəl xəbər prezidentimizin Azərbayca xalqına növbətihədiyyəsidir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Fransa və bir sıra digər Qərb ölkələrindənAzərbaycanın guya Ermənistana hücum planlaşdırdığı, Ermənistanərazisində hərbi məqsədlərin olduğu və s. əsassız iddiaları havayauçdu.

“İndi hamıya aydındır ki, bu, ölkəmizə qarşı növbəti çirkin oyunvə saxta təbliğat kampaniyası idi. Bu gün belə bir razılaşmanınəldə edilməsi, həmçinin, onu göstərir ki, Aİ və ABŞ, eləcə də, birsıra Qərb dövlətləri bu prosesə müdaxilə etməyə çalışsalar da,Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycanbuna mane oldu.

Azərbaycan və Ermənistan ortaq dil tapa bildilər. Bu, onugöstərir ki, onlar bundan sonra da bu məsələləri özləri həll edəbilərlər. Ona görə də Aİ və ABŞ, eləcə də, bir sıra Qərbdövlətlərinin bu proseslərdən uzaq durmaları Cənubi Qafqazda dahatez sülhün və firavanlığın təmin edilməsinə imkan yarada bilər”, -deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isəTrend-ə açıqlamasındabildirib ki, 19 aprel də Azərbaycan tarixinə qızıl hərflərləyazıldı.

“Qazax rayonunun anklav olmayan 4 kəndi Azərbaycana qaytarıldı.Üstəlik, bir güllə belə atılmadan. Bu isə ona dəlalət edir ki,artıq sülh prosesi ilə bağlı gedişat real fazaya keçdi,delimitasiya istiqamətində ciddi addımlar atıldı, iki ölkəarasındakı münasibətlərin normallaşması, bölgədəki sabitliyintəminatı üçün yeni, münbit zəmin yarandı.

Təbii ki, bütün bu hadisələr cənab Prezident İlham Əliyevinmüdrik siyasətinin nəticəsidir. Məhz onun sayəsində biz hazırkıgünlərə gəlib çıxdıq, Azərbaycanın çox böyük masştablı qələbələrinigördük və görməyə də davam edirik”, - deyə deputat bildirib.

O qeyd edib ki, proseslər, heç şübhəsiz, bundan sonra daAzərbaycan dövlətinin maraqlarının təmin olunması istiqamətindədavam edəcək.

“Eyni zamanda, baş verən hadisələr həm də onun göstəricisidirki, kənar qüvvələrin, əsasən də Qərb qüvvələrinin, Fransa kimitəxribatçı dövlətlərin müdaxiləsi olmayan yerdə işlər daha rahat,daha sürətli gedir. Çünki onlar uzun müddət yanlış təbliğataparmaqla, suyu bulandırmaqla, aranı qızışdırmaqla sülhün bərqərarolmasını çətinləşdiriblər.

Qazax rayonunun 4 qeyri-anklav kəndinin geri qaytarılması isəonu sübut etdi ki, Azərbaycan və Ermənistan öz arasında kimsəninmüdaxiləsi və vasitəçiliyi olmadan bir çox məsələləri həll edə,sülhə doğru bərabər addımlar ata bilər”, - deyə deputat əlavəedib.

Seçilən
87
26
Mənbələr
Şərh ()
Bağla