AZ

ABŞ-də IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasınıntədbiri çərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçıdirektorunun müavini Meri Burs Uorlik ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə enerji sahəsində və COP29çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Azərbaycanda bərpa olunan enerji istehsal güclərininyaradılması, şəbəkəyə inteqrasiyası, dənizdə külək enerjisindənistifadə və müxtəlif istiqamətlərdə “yaşıl enerji” dəhlizlərilayihələrinin həyata keçirilməsi ilə bağlı yeniliklərdən bəhsolunub. Həmçinin “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dairQlobal Vəd” və “Qlobal Metan Vədi” təşəbbüslərinə qoşulanAzərbaycanın enerji səmərəliliyi, emissiyaların azaldılması üzrəgördüyü tədbirlər nəzərdən keçirilib.

Bu istiqamətdə “EU4Energy” proqramı çərçivəsində IEA tərəfindənhazırlanmış “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə YolXəritəsi”nin layihəsi müzakirə edilib və bu sənədin əhəmiyyətiöhdəliklərə töhfə aspektində dəyərləndirilib.

Söhbət zamanı COP29-un gündəliyindəki prioritetlər, o cümlədənyeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və MilliSəviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yenilənməsi üzrəAzərbaycanın təşviqedici fəaliyyəti və IEA ilə bu çərçivədəintensiv əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

ABŞ-də
ABŞ-də
ABŞ-də
Seçilən
54
6
Mənbələr
Şərh ()
Bağla