AZ

Ukrayna Sibirə uça bilən pilotsuz təyyarə hazırlayıb

Ukrayna Silahlı Qüvvələri Sibirə çata bilən, təsir edici uçuş məsafəsi üç min kilometrə qədər olan tamamilə yeni pilotsuz uçuş aparatları (PUA) əldə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Economist” jurnalı məlumat yayıb.

Məlumdur ki, Kiyev qabaqcıl PUA istehsalına əhəmiyyətli məbləğdə – yüz milyonlarla dollar sərmayə qoyub. Məqalədə qeyd olunur ki, hazırda böyük məsafələrdə hədəfləri aşkar edib onlara hücum edə bilən bu dronlar ən azı altı fabrikdə istehsal olunur.

Nəşr vurğulayır ki, Qərbin onu uzaqmənzilli silahlarla təmin etməkdən imtina etməsi səbəbindən Ukraynada bu cür texnikanın yaradılması zərurətə çevrilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
14
Mənbələr
Şərh ()
Bağla