AZ

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi önəm verilir”.


Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın hərbi-siyasi şərhçisi Aleksandr Kovalenko bildirib. 


Xatırladaq ki, dünən Rusiyaya məxsus “Tu-22M3”  təyyarəsi partlayaraq yerə düşüb. Təyyarə Rusiyanın Stavropol diyarında düşüb və bombardmançı təyyarənin komandir köməkçisini, şturmanı və naviqator-operatoru xilas etmək mümkün olub. 


A.Kovalenko deyib ki, Rusiyada "Tu-22M3” pilotları və ekipaj üzvlərinin sayı çox deyil. Onun sözlərinə görə, buna səbəb ekipaj üzvlərinin hazırlanmasının uzunmüddətli və ağır təlim tələb etməsidir: 

 

“Buna görə də "Tu-22M3”ün ekipaj üzvlərinin itkisi ağır itki hesab edilir. Belə bir ekipajın hazırlanması bəzən təyyarənin özündən də baha başa gəlir”. 


Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçuk açıqlamasında "Tu-22M3” təyyarəsini Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə birlikdə həyata keçirilən əməliyyat nəticəsində vurduqlarını bildirib. 


Rusiya tərəfi isə təyyarənin vurulmadığını, yalnız mühərrik hissədə baş verən texniki nasazlıq nəticəsində yanğının baş verdiyini bəyan edib. 


Vasif
 

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla