AZ

Parlament seçkiləri nə vaxt keçiriləcək?

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.

Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:

"Konstitusiyaya görə, növbədənkənar seçilmiş parlamentin səlahiyyətinin 5-ci ilində yeni seçkilər keçirilməlidir. Bu ilin fevralında 2020-ci ildə keçirilən növbədənkənar seçkilərlə formalaşan parlamentin səlahiyyətinin 4-cü ili başa çatıb, indi 5-ci ilidir. Ona görə də noyabrda Konstitusiyanın tələbinə görə mütləq şəkildə parlament seçkiləri keçirilməlidir. Lakin noyabrda Azərbaycanda digər mühüm tədbir də olacaq. Bu, iqlim dəyişikliyilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransdır. Belə olan halda, parlament seçkilərinin təxirə salınması yox, qabağa çəkilməsi daha düzgün olardı".

Həmsöhbətimiz güman edir ki, seçkilər müəyyən müddətə irəli çəkiləcək:

"Müharibə şəraiti olsaydı, seçkiləri geri çəkmək olardı. Amma indi müharibə şəraitində deyilik. Ona görə də parlament seçkilərinin yayda, yaxud da payızın ilk aylarında keçiriləcəyi ehtimalı daha böyükdür. Seçki mühüm dövlət xarakterli tədbirdir. Bu kimi tədbirlərin keçirilməsinə də kifayət qədər vaxt lazımdır. Bu səbəbdən güman edirəm ki, sentyabr ayı seçkilərin keçirilməsi üçün normal zamandır".

Qeyd edək ki, son zamanlar Azərbaycanda bu il ərzində parlament seçkilərinin keçiriləcəyi barədə informasiyalar geniş yayılmağa başlayıb. Hətta bunu deputatlar da təsdiqləyirlər. Deputat Qüdrət Həsənquliyev də Azərbaycanda bir neçə aydan sonra parlament seçkilərinin gözlənildiyini deyib:

"Bir neçə aydan sonra parlament seçkiləri olmalıdır. Amma yeni formalaşacaq parlamentin də 5 il fəaliyyət göstərəcəyini düşünmürəm. Çünki ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Biz çatdıra bilmədik, amma referendum keçirilməlidir".

Seçilən
28
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20675
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19243
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18206
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17608
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16566
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16394
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16052
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15379
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11877
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11247
"Zaur, yenə çaşdın..." - VİDEO
8826
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8589
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7983
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7971
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7420
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7088
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6230
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731