AZ

Hücumdan sonra kamera qarşısına keçən Rəisi bircə cümlə ilə kifayətləndi

İsrailin hücumundan sonra bu gün kameralar qarşısına çıxan İran Prezidenti Seyid İbrahim Rəisi qarşılıq verilib-verilməyəcəyi ilə bağlı heç bir söz deməyib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dəqiqələrlə fəaliyyətindən danışan Rəisi gərginliklə bağlı yalnız “İran İsrailə gücünü göstərdi” deməklə kifayətlənib. Qeyd edək ki, Dəməşqdəki konsulluq binasına edilən hücuma cavab olaraq İran 300-ə yaxın raket və PUA ilə İsrailə qarşı "Əsl vəd" əməliyyatına başlamışdı. Dünən gecə isə İrana qarşılıq verən İsrail ordusu bir çox nüvə stansiyasının yerləşdiyi İsfahanı 3 pilotsuz təyyarə ilə hədəfə alaraq kiçik miqyaslı hücum həyata keçirib. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla