AZ

Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər

Rusiyanın Moskva şəhərində üç yeniyetmə yoldan keçənə hücum edərək onu döyüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, 16-17 yaşlı iki moskvalı və onların Dağıstandan olan həmyaşıdı uşaq meydançasında toplaşıb. Onlardan birinin ad günü olub və dostlar bunu yoldan keçənə hücum edərək qeyd etmək qərarına gəliblər.

Onlar “Fonvizinskaya” metrostansiyası yaxınlığında 35 yaşlı kişini izləyərək, əlverişli məqamdan istifadə edərək hücum ediblər. Quldurlar kişiyə bir neçə bıçaq zərbəsi vurub və daşla xəsarət yetiriblər. Zərərçəkmiş müqavimət göstərməyə çalışıb, hətta cinayətkarların üzünə qaz balonu da çiləyib. Amma sonda huşunu itirib.

O, xəstəxanaya yerləşdirilib, şübhəlilər saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla