AZ

Bakıda yaşayış binasında yanğın - Xəsarət alan var

Bakı şəhərinin Nizami rayonunda yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 m² olan 5 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası, 1 ədəd paltaryuyan və 1 ədəd qabyuyan maşın yanıb. Yüksək temperaturdan 3 p.m mətbəx mebeli qarsalanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
16
15
Mənbələr
Şərh ()
Bağla