AZ

Dövlət Komitəsi Araz Supermarket-in fəaliyyətində nöqsan aşkarlayıb

Dövlət Gömrük Komitəsi (DGK) “Araz Supermarket”in fəaliyyətində nöqsan aşkarlayıb.

NOCOMMENT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, marketlər şəbəkəsinin qısa idxal bəyannaməsini malların gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim etmədiyi məlum olub.

Buna görə də DGK marketlər şəbəkəsinə qarşı İnzibati Xətalar Məcəlləsi 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və iş hakim Anar İbadzadənin icraatına verilib.

“Araz Supermarket”in barəsində protokol tərtib olunan maddəyə əsasən, qanunvericiliyin bu tələbini pozmaya görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla