AZ

Moskva sakinini öldürən azərbaycanlı axtarışa verildi - VİDEO

Aprelin 17-də Moskvanın Krasnodarskaya küçəsində iki nəfər arasında dayanacaq üstündə dava baş verib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, 24 yaşlı yerli sakin avtomobilini yaşayış binasının girişinin yaxınlığındakı səkidə saxlayan 21 yaşlı sürücüyə irad tutub.

 

Buna cavab olaraq sürücü yerli sakini bıçaqlayıb. Zərərçəkmiş şəxs xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı cinayət işi açılıb.

 

Moskva sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxsin Şahin Abbasov adlı Azərbaycan vətəndaşı olduğu bildirilir. Federal axtarışa verilən vətəndaşın qeyri-qanuni olaraq Rusiyada olduğu bildirilir.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
Mənbələr
Şərh ()
Bağla