AZ

İsrail İrana zərbə endirdiyini TƏSDİQLƏDİ

İsrail hərbçiləri aprelin 19-u cümə günü İran ərazisinə hava hücumu həyata keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Washington Post” İsrail nümayəndəsinə istinadən yazır.

Bildirilir ki, o, bunun İranın İsrailə raket və pilotsuz təyyarələrin hücumlarına cavab olduğunu bildirib.

Nəşr qeyd edir ki, İsrailin İrana zərbəsinin nə qədər ziyan vurduğu hələ aydın deyil.

Mənbə yalnız onu qeyd edib ki, bu, İrana İsrailin ölkə daxilindəki hədəfləri vurmaq qabiliyyətinə malik olduğuna işarə etmək məqsədi daşıyır.

Bundan əvvəl ABC telekanalı amerikalı rəsmiyə istinadən İsrailin İrandakı obyektə raket hücumu həyata keçirdiyi barədə məlumat yayıb. Rəsmi “Suriya və İraqdakı hədəflərin də vurulub-vurulmadığını təsdiq edə bilməyib”.

İranın “Fars” xəbər agentliyi İranın İsfahan şəhərinin hava limanı yaxınlığında partlayış səslərinin eşidildiyini, lakin səbəbin hələ də aydınlaşdırılmadığını yazıb.

“Bu səslərin səbəbi hələlik məlum deyil. Hadisənin dəqiq təfərrüatları müəyyən olunana qədər istintaq davam etdiriləcək”, – məlumatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
190
50
Mənbələr
Şərh ()
Bağla