AZ

“İsrail İranın hərbi hava bazasına zərbə endirib” - Nüvə obyektləri vurulub?

“İranın İsfahan şəhəri yaxınlığındakı hərbi hava bazası vurulub”.“AzPolitika” xəbər verir ki, bu barədə “New York Times” qəzeti üç İran rəsmisinə istinadən məlumat yayıb. Qəzetin həmsöhbətləri dəqiqləşdiriblər ki, zərbə aprelin 15-nə keçən gecə İranın hücumuna İsrailin ilk cavabıdır.Şahidə Babai 8-ci taktiki hava bazası İranın mərkəzində, İsfahan şəhəri yaxınlığında yerləşir. NYT uçuş izləmə saytlarına istinadən qeyd edir ki, mülki təyyarələr marşrutlarını dəyişib və İsfahan ərazisi ətrafında uçuşlar həyata keçirmirlər.İran Kosmik Agentliyinin sözçüsü Hossein Dalirian X-də yazıb ki, İranın hava hücumundan müdafiə qüvvələri bir neçə pilotsuz uçan aparatı vurub, raket hücumu ilə bağlı isə hələlik heç bir məlumat yoxdur.İranın “Fars” xəbər agentliyi İsfahanın mülki hava limanı yaxınlığında partlayış səslərinin eşidildiyini bildirib. Bununla belə, agentliyin mənbələrinə görə, İsfahan əyalətindəki nüvə obyektlərinə hücum edilməyib və onlar tamamilə təhlükəsizdir.


“AzPolitika.info”

Seçilən
199
50
Mənbələr
Şərh ()
Bağla