AZ

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqlədi

Bakı. Trend:

Təl-Əviv İsrail ordusunun aprelin 19-da İran ərazisinə havazərbəsi endirdiyini təsdiqləyib.

Trend xəbər verir ki, “The Washington Post” qəzeti bu barədəİsrail nümayəndəsinə istinadən məlumat yayıb.

O, zərbənin İranın İsrailə raket və PUA hücumlarına cavabolduğunu vurğulayıb.

Hücumun İrana nə qədər ziyan vurduğu hələ aydın deyil. İsrailrəsmisi, eyni zamanda, bunun Təl-Əvivin Tehranı İranın daxilindəkihədəfləri vurmaq qabiliyyətinə malik olduğuna inandırmaq məqsədidaşıdığını bildirib.

Qeyd edək ki, bir müddət öncə, ABC telekanalı İsrailin İrandakıbəzi obyektlərə raket hücumu həyata keçirdiyi barədə məlumat yayıb.Eyni zamanda, “Fars” agentliyi İsfahan şəhərinin hava limanıyaxınlığında partlayış səslərinin eşidildiyini yazıb.

Seçilən
170
50
Mənbələr
Şərh ()
Bağla