AZ

Uilyam həyat yoldaşı xərçəngə tutulduqdan sonra ilk dəfə vəzifə başında

Uels şahzadəsi  Uilyam həyat yoldaşı Keyt Middlton xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra ilk dəfə vəzifə başında görünüb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Uilyam ətraf mühit və icmalarla işləyən təşkilatları ziyarət edərkən əhvalının yaxşı olması diqqətdən qaçmayıb. Həyat yoldaşının önəm verdiyi yerləri ziyarətlər edən Uilyam əvvəlcə ehtiyacı olanlara yemək paylayan Surplus to Supper adlı xeyriyyə təşkilatına gedib. Uilyam daha sonra gənclər mərkəzinə baş çəkib. Uilyam sonuncu dəfə Kate xərçənglə mübarizə apardığını açıqlamadan üç gün əvvəl Şeffilddə evsizliyə qarşı tədbirdə görülmüşdü. Orada o, həyat yoldaşının yanında olmasını nə qədər istədiyi barədə emosional açıqlama vermişdi. Əfsanə Rəcəb Manset.az

 

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla