AZ

Erməni kilsəsi Paşinyana qarşı: “İstənilən ərazi güzəşti xəyanətdir”

“2020-ci il noyabrın 9-dan sonra ediləcəkl istənilən ərazi güzəşti erməni xalqına qarşı xəyanət və alçaqlıqdır. İstər Tavuş, istər Sünik, istərsə də Artsax (Qarabağın qondarma adı) olsun, bu mənim üçün qəbuledilməzdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının baş məmuru, arxiyepiskop Mikayel Ajapaxyan deyib.

O daha sonra fikirlərini belə bölüşüb: “O ki qaldı dinc və yanaşı yaşamaq məsələsinə, hesab edirəm ki, bu, lazımdır. Amma Azərbaycanın dinc yanaşı yaşamaq problemi var idi. O, 1988-ci ildən, yəni “Qarabağ xalqı” Ermənistana qoşulmaq qərarına gəldikdən sonra sülh şəraitində birgə yaşayışı təmin etmək imkanına malik idi. Azərbaycan xalqı bu qərara hörmət göstərə, qəbul edə və Ermənistanla dinc yanaşı yaşaya bilərdi.

Bakı bunu istəmədi, bu yoldan imtina etdi və dedi ki, bir millimetrdən də əl çəkməyəcəyəm. Halbuki, beynəlxalq hüquqa görə və SSRİ-nin o vaxtkı Konstitusiyasına uyğun olaraq, “Qarabağ xalqı” Ermənistana birləşmək istəyirdi. Əgər Azərbaycan 1988-ci ildə bu dinc birgəyaşayış variantından imtina edibsə, daha nədən danışmaq olar?”.

O qeyd edib ki, 1994-cü ildə, müharibədən sonra Azərbaycan deyə bilərdi ki, bu məsələyə son qoyaq, sülh şəraitində yaşayaq, əgər o vaxt Bakı dinc yanaşı yaşamağa hazır idisə, o zaman bəzi ərazilər ona qaytarıla bilərdi. “Əgər Azərbaycan Qarabağın öz müqəddəratını təyinetmə hüququnu və ya Ermənistana birləşdirilməsini tanısaydı, biz dinc yanaşı yaşayardıq. Azərbaycan dinc yanaşı yaşamanın bütün mümkün yollarını rədd edib”, – deyə din xadimi bildirib.

O, real və tarixi Ermənistan məsələsinə toxunaraq (baş nazir Paşinyanın tezisi – red.) qeyd edib: “Bu, əsl Ermənistan deyil, bu, Sovet Ermənistanının sərhədləridir və Sovet Ermənistanının sərhədlərinin heç bir hüquqi əsası ola bilməz.

Ermənistanın sərhədləri bir növ Rusiya-Türkiyə razılaşması nəticəsində çəkilib. Ermənistan və Azərbaycanın sərhədləri Moskvada çəkilir. Amma bizim hökumətimiz sözdə bu sərhədləri tanısa, həmin məsələ hüquqi qüvvə qazanacaq. Necə deyərlər, bu, kadastr şəhadətnaməsi olacaq. Əlbəttə, bütün bunlar Türkiyə və Azərbaycanın oyunudur. Bu, əsl Ermənistan deyil, Ermənistanın ayıbıdır”.

Bir erməni din xadiminin açıqlaması onu göstərir ki, öz xalqının düşməninə çevrilən bir kilsə hələ də bədnam niyyətlərini gizlədə bilmir, əksinə kin qusan təbliğatı davam etdirirlər.

Natiq Səlim,

KONKRET.az

Seçilən
142
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21629
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19410
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18315
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17766
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17123
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16964
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16186
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15610
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12121
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11299
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9642
"Zaur, yenə çaşdın..." - VİDEO
8888
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8600
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8059
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7611
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7236
Minimum əmək haqqı nə qədər arta bilər?
7118
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6448
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5807