AZ

"Real" "Bayern"lə oyuna görə La Liqadan görün nə xahiş etdi

"Real" La Liqanın "Real Sosyedad"la keçiriləcək səfər matçını aprelin 27-dən aprelin 26-na təyin etməyi çempionatın təşkilatçılarından xahiş edib.

Publika.az xəbər verir ki, La Liqa razılaşarsa, Madrid klubu aprelin 30-da Almaniyada keçirilməsi planlaşdırılan UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "Bayern"lə ilk oyununa hazırlaşmaq üçün əlavə bir gün qazanacaq.

La Liqa yaxın keçmişdə "Atletiko" və "Barselona"dan gələn oxşar istəkləri qəbul edib. Buna görə də "Real" xahişinin qəbul ediləcəyinə ümidlidir.

Qeyd edək ki, bu komandalar arasında Madriddə baş tutacaq cavab görüşü mayın 8-nə təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla