AZ

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. 

"Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyini deyən pasiyent klinikaya şikayət etsə də, burnunda yaranmış problem aradan qaldırılmayıb.

"Mən Məmmədova Gülya 17.05.2023 tarixində "Lazer Beauty Clinic"də Rəna Soltanovaya burun dolğusu üçün müraciət etmişəm. Kosmetoloq özü şəxsən mənə burun dolğusu etdi. Prosedurdan əvvəl asistentləri mənə bir neçə sənəd imzalatdılar. Prosedura 350 manat pul ödədim. Evə gəldikdən iki saat sonra burnumda dəhşətli ağrılar başladı. Həkimə zəng etdim ki, ağrım var. Amma asistenti mənə dedi ki, damara düşəndə elə ağrı olur, ağrı kəsici içim keçib-gedəcək. Sabahı gün Rəna Soltanova özü görüntülü yığıb baxdı və panik vəziyyətdə təcili məni klinikaya çağırdı. Klinikada məni ən sonuncu kabinetə saldılar, qapını da bağladılar. Dedilər çıxmayım, həkim özü gələcək, başqa pasiyentlər görməsin. Rəna Soltanova gəldi başladı burnumu sıxmağa çirk çıxartdı. Sonra yenidən burnuma iynə vurdu. Soruşduqda isə dedi ki, vurduğu dolğunu əritmək məqsədilə iynə vurub. Bundan sonra dəfələrlə burnumda ağrı olduğunu desəm də, mənə inanmadıqlarını söylədilər. Burnuma vurduğu geli əritdiyindən, dolğunun pulunu, ödədiyim məbləği geri istəsəm də, mənə dəymiş ziyanı ödəmədilər. Mən Rəna Soltanovadan şikayətçiyəm. Klinikada özbaşınalığa son qoyulması üçün aidiyəti qurumlar tədbir görməlidirlər"- Gülya Məmmədova bildirib. 

O, məsələ barəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət etsə də, sözügedən qurum onun şikayətini araşdırmayıb: "Səhiyyə Nazirliyinin bu qurumu mənə məktub yazdı ki, guya, şikayəti araşdırmaq istəsələr də, onunla əlaqə yarada bilməyiblər. Halbuki, mən şikayət məktubuna işləyən əlaqə nömrəmi qeyd etmişdim. Buna baxmayaraq, onlar mənə təkrar müraciət etməyi, yaxud da məhkəməyə müraciət etməyi tövsiyə etdilər". 

Qeyd edək ki, pasiyent redaksiyamıza ünvanladığı şikayət məktubunda burnunda yaranmış fəsadı əks etdirən foto və videoları da təqdim edib. 

Məsələ ilə bağlı "Laser Beauty Clinic"də çalışan Rəna Soltanova ilə əlaqə saxlasaq da, dəstəyi qaldıran onun bacısı Nigar Rüfət Rəna Sultanovanın xaricdə səfərdə olduğunu söylədi. Bildirdi ki, onlar bütün pasiyentləri yadda saxlaya bilmirlər. Ona görə də, pasiyent şəxsiyyət vəsiqəsi ilə birgə yenidən klinikaya müraciət etməlidir. Əgər problem varsa, pasiyentə köməklik göstəriləcək.

Seymur Əli

Seçilən
79
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20101
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19149
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18162
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17505
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16278
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16041
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15961
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15256
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11782
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11219
"Zaur, yenə çaşdın..." - VİDEO
8798
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7986
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7917
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7672
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7356
Minimum əmək haqqı nə qədər arta bilər?
7015
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6856
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6159
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5700