AZ

BDU tələbəsinin meyiti tapıldı

Bakı. Trend:

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.

Trend xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksindəqeydə alınıb.

2003-ci il təvəllüdlü Ramil Nəsirovun meyiti kirayə yaşadığımənzilin eyvanından asılmış vəziyyətdə aşkar edilib. Onun intiharetdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Bakı Dövlət Universiteti də Ramil Nəsirovun ölümü ilə bağlıməlumat yayıb.

Bildirilib ki, o, BDU-nun Şərqşünaslıq fakültəsinin 4-cü kurstələbəsi olub:

"Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğluNəsirov vəfat edib. 2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinəTərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil NəsirovUniversitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimaifəallığı ilə seçilən tələbələrindən olub.

Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib.2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəqqiymətlər alıb və cari tədris ilində BDU-da təhsilinimüvəffəqiyyətlə başa vurması gözlənilirdi".

Seçilən
88
18
Mənbələr
Şərh ()
Bağla