AZ

Kirayə qalan tələbə özünü atdı? - SƏBƏB?

  Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı halda aşkar edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Bakı Dövlət Universitetindən Oxu.Az-a Ramil Nəsirovun vəfatı ilə bağlı bildirilib ki, R.Nəsirov Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi olub: “2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi”.

Saglamolun.Az





Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla