AZ

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu (VİDEO)

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən “kömək elə, kömək elə” səsi eşitdik. Gördük ki, keçiniblər".   Manset.az xəbər verir ki, bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Xatırladaq ki, Aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Seçilən
56
9
Mənbələr
Şərh ()
Bağla