AZ

Stolüstü tennisçimiz Lüksemburqda fərqlənib

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışın mükafatını qazanıb.

İdman.biz xəbər verir ki, o, Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirində fəxri kürsüyə yüksəlib.

İlkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb. 1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
7
Mənbələr
Şərh ()
Bağla