Salyan,19 aprel, AZƏRTAC
Salyan rayonunda yol qəzası baş verib, minik maşınlarının toqquşması nəticəsində xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Hyundai" və VAZ markalı avtomobillərin toqquşması ilə nəticələnən yol qəzası rayonun Qalalı kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan üç nəfər - Həsənov Kərim, Məmmədov Əlisəfa və Mənəfov Nurlan Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.