AZ

Salyanda yol qəzası -

Salyan rayonunda yol qəzası baş verib, minik maşınlarının toqquşması nəticəsində xəsarət alanlar var.

Metbuat.az xəbər verir ki, "Hyundai" və VAZ markalı avtomobillərin toqquşması ilə nəticələnən yol qəzası rayonun Qalalı kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan üç nəfər - Həsənov Kərim, Məmmədov Əlisəfa və Mənəfov Nurlan Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
3
Mənbələr
Şərh ()
Bağla