AZ

Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var

Göygöl şəhərində 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" və digər markalı avtomobillərin toqquşması nəticəsində 2004-cü il təvəllüdlü S.Veyisli, 2003-cü il təvəllüdlü E.Hüseynov və 2003-cü il təvəllüdlü R.Mərdənov müxtəlif xəsarətlər alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
43
Mənbələr
Şərh ()
Bağla