AZ

Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO

Azərbaycanda əhaliyə kərə yağı adı ilə palma yağı yedizdirilir. Görünüşünə görə kərə yağından seçilməyən palma və soya yağından konservləşdirilmiş südlərdə, dondurmalarda, tortların kremində, şirniyyatların tərkibində də istifadə edilir.
 
İnsan səhhətinə zərərli olan bir sıra inqrediyentlərin istehsal şirkətləri tərəfindən yeyinti məhsullarının içinə əlavə olunması haqqında vətəndaşlardan redaksiyamıza şikayətlər daxil olub. Belə şirkətlərdən biri də müxtəlif şirniyyatlar və yeyinti məhsulları istehsal edən “Avrora” MMC-dir.
 
Belə ki, qiyməti 2-3 manat civarında olan “Sladena” peçenyesinin tərkibində 200 qram kərə yağının olduğu iddia olunur. Hazırki dövrdə 1 kiloqram kərə yağının qiymətinin neçəyə olduğunu nəzərə alsaq, bunun qulağa heç də inandırıcı gəlmədiyini anlamış olarıq. Həmçinin məhsulun paketləməsinin üzərində tərkibində palma yağının olduğu da qeyd olunub.
 
Tərkibində zərərli inqrediyentlər olan məhsulların istehsalına nəyə görə icazə verilir? Bu şirkət cərimələnə bilərmi?
 
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans.az-a çıqlamasında bu sualları cavablandırıb.
 
“Palma yağı Azərbaycana bir çox müsəlman ölkələri kimi tanıdığımız Malayziyada, İndoneziyadan, həmçinin slavyan ölkələri olan Rusiya, Ukraynadan da çox gəlirdi. Hazırda pradan ixrac olunan məhsulların sayında külli miqdarda azalma var. Lakin yenə də palma yağı ölkəyə ixrac olunur və geniş şəkildə bir çox sahələrdə istifadə olunur. Avropanın bir çox ölkələrində təmailə qadağan olunsa da, paketlənmiş məhsulların tərkibində satışa çıxarılır. Lakin onlarda belə bir məqam nəzərdə tutulub ki, etiketdə mütləq şəkildə bu açıq şəkildə göstərilməlidir. Lakin Azərbaycan qanunvericiliyində bu ümumiyyətlə qeyd olunmayıb”.
 
Mütəxəssis bildirir ki, Azərbaycanda hətta palma yağı bir çox “təmiz yağ” adı ilə satılan yağların tərkibində də mövcuddur. Eyni zamanda buna paketlənmiş məhsullarda daha çox rast gəlinir.
 
“Bəzi məhsullarda tərkib yağları, eləcə də palma yağı qablaşmanın üzərində açıq şəkildə göstərilsə də, bir çoxunda bitki yağı adı altında göstərilir. Bu da biznes, qida hilələri adı altında istehlakçıların birbaşa aldadılması deməkdir. Təbii ki, palma yağının insan orqanizmi üçün bir çox zərərləri sübut olunmuşdur. Birinci növbədə palma yağını və palma yağı olan məhsulları qəbul etdikdə onlar insan orqanizmində həzm olunmur və damarlarda, bir çox hüceyrələrdə yığılıb qalır ki, bu da zamanla müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Bu sırada ilk olaraq onkoloji xəstəliklər gəlir. Eyni zamanda ürək-damar xəstəlikləri, kəskin formalı şəkərli diabet, piylənmənin artmasına səbəb kimi palma yağından istifadəni səbəb göstərmək olar”.
 
Ekspert palma yağının bir çox istifadə sahələrinin olduğunu qeyd edir. Lakin bunlardan ən geniş yayılmışı elə qida sektorudur. Digər məşhur sahələrdən biri isə kosmetik vasitələrin hazırlanmasıdır.
 
Məhsəti Hüseynova palma yağından istifadənin ekologiyaya da geridönülməz zərərlər vurduğunu deyib. Belə ki, palma yağını əldə etmək üçün bu ağacın əkilməsi məqsədilə külli miqdarda ağaclar məhv edilir ki, bu da dünya ekologiyasına böyük zərbədir.
 
“Ümumiyyətlə, yaxşı olar ki, istehlakçılar məhsul alarkən tərkibində palma yağı olan məhsullara üstünlük verməsin. Çünki şokoladlar, peçenyelərdə, vaflilərdə, bir çox un məmulatlarında, paketlənmiş uzunmüddətli şirniyyatların hər birinin tərkibində palma yağından istifadə edirlər və palma yağı istifadə olunmayan satışda məhsul çox azdır”.
 
Ekspert, xüsusilə də, inkişaf prosesində olan uşaqların və yeniyetmələrin belə məhsullardan uzaq durmasının vacib olduğunu vurğulayıb.
 
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Seçilən
124
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21996
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19478
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18357
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17835
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17386
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17238
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16282
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15679
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12193
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9946
"Zaur, yenə çaşdın..." - VİDEO
8917
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8780
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8102
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7682
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7329
Minimum əmək haqqı nə qədər arta bilər?
7134
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6524
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5848