AZ

Fərid Qayıbov BMT-nin Gənclər Forumunda çıxış edib

Aprelin 16-17-də gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə gənclərdən ibarət nümayəndə heyəti BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) növbəti Gənclər Forumunda iştirak ediblər.

İdman.biz xəbər verir ki, toplantı ABŞ-ın Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilib

Forumun ilk günü nazir Fərid Qayıbov sülh və dayanıqlı inkişaf məqsədlərinə həsr olunan plenar iclasda, ikinci günü isə iqlim və sülh müzakirəsində gənclər dialoqu üçün ayrılan seqmentdə çıxış edib.

Nazir Fərid Qayıbov həmçinin ICYF tərəfindən keçirilən “PEACE Side Event” görüşündə də çıxış edib.
ABŞ-a səfər çərçivəsində Fərid Qayıbov BMT Gənclər Ofisinin rəhbəri Felipe Paullier, Braziliyanın Gənclər üzrə Milli Katibi Ronald Luiz Dos Santos və ABŞ Dövlət Departamentinin Qlobal Gənclər üzrə Xüsusi Elçisi Ebbi Finkenauerlə ikitərəfli görüşlər keçirib.

Nazir Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə birgə Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərimiz, o cümlədən idmançılarla da görüşüb.

İdman.biz

Seçilən
99
11
Mənbələr
Şərh ()
Bağla