AZ

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə gənclərdən ibarət nümayəndə heyəti ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında keçirilən BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) növbəti Gənclər Forumunda iştirak edib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, forumun ilk günü F.Qayıbov sülh və dayanıqlı inkişaf məqsədlərinə həsr olunan plenar iclasda, ikinci günü isə iqlim və sülh müzakirəsində gənclər dialoqu üçün ayrılan seqmentdə çıxış edib.

Nazir həmçinin ICYF tərəfindən keçirilən “PEACE Side Event” görüşünə də qatılıb.

ABŞ-yə səfər çərçivəsində Fərid Qayıbov BMT Gənclər Ofisinin rəhbəri Felipe Paullier, Braziliyanın Gənclər üzrə milli katibi Ronald Luiz Dos Santos və ABŞ Dövlət Departamentinin qlobal gənclər üzrə xüsusi elçisi Ebbi Finkenauerlə ikitərəfli görüşlər keçirib.

Qeyd edək ki, F.Qayıbov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə birgə Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərimiz, o cümlədən idmançılarla da görüşüb.

Seçilən
90
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
154
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
84
Bu yol qovşağında təmir işləri aparılacaq
75
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
51
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
49
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
43
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
43
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
40
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
38
Çingiz Mustafayevin toyudur - FOTOLAR
28
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
27
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
27
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
25
Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub
23
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
20
YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək 
16
MLS-in səviyyəsini tənqid etdi: Messinin oyununu şişirtmək lazım deyil
14
Bakıda 9 otaqlı evdə yanğın baş verib
14
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər mükafatlandırılacaq
12
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
11