AZ

Araşdırmaçı: “Başlıbel faciəsindən bir neçə gün sonra iki ailənin bütün üzvləri mühasirədə qalıblar” - VİDEO

Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə soyqırımı cinayətləri törədilib. Bənzər vəhşiliklərdən biri 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində yaşanıb.

Bu gün həmin faciədən 31 il ötür.

Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib, 19 nəfər kənd sakini girov götürülüb.

Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifi, araşdırmaçı-jurnalist Elxan Salahov Baku TV-yə müsahibəsində bildirib ki, 1993-cü ilin aprelində Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunu işğal edərkən yollar bağlanıldığından 62 nəfər kəndi tərk edə bilməyib.

Onlar ermənilərin ətraf kəndləri işğal etməyindən gec xəbər tutaraq mühasirədə qalıblar. Murova doğru hərəkət etməklə vəziyyətdən çıxmağa çalışsalar da, heç biri xilas ola bilməyiblər, qətlə yetirilib və ya girov götürülüblər.

Müəllifin sözlərinə görə, ermənilər Başlıbelə növbəti hücum zamanı kənddən 3 kilometr məsafədə yerləşən Portta kahaları adlanan yerdə müşahidə aparıb, sığınacaqların yerini müəyyənləşdirərək əliyalın insanlara iriçaplı silahlardan atəş açıblar:

“Nəticədə təkcə aprelin 18-dən 19-na keçən gecə həmin ərazidə 12 nəfər qətlə yetirilmiş, 14 nəfər girov götürülmüş, altı nəfər isə yaralanmışdır”. Başlıbel sakini onu da əlavə edib ki, faciədən bir neçə gün sonra iki ailənin bütün üzvləri mühasirədə qalıblar və onlardan bir neçə nəfər itkin düşüb.

Ətraflı süjetdə:

Seçilən
198
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21483
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19382
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18294
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17719
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17020
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16855
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16136
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15579
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12072
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9490
"Zaur, yenə çaşdın..." - VİDEO
8880
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8519
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8030
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7575
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7209
Minimum əmək haqqı nə qədər arta bilər?
7111
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6416
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5799